satellite   Azerspace-1: 11135 H 30000

Araz Məmmədzadə: Dayanıqlı urbanizasiya fasiləsiz və ağıllı enerji infrastrukturu ilə başlayır

Araz Məmmədzadə: Dayanıqlı urbanizasiya fasiləsiz və ağıllı enerji infrastrukturu ilə başlayır

Hər bir müasir və rahat şəraiti olan şəhərin arxasında fasiləsiz, etibarlı və məsuliyyətli şəkildə fəaliyyət göstərən enerji sistemi dayanır.

NTV xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerji sisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərişıq” ASC sədrinin birinci müavininin müşaviri Araz Məmmədzadə səsləndirib. O bildirib ki, bu gün paylayıcı elektrik şəbəkələri artıq yalnız enerji ötürmə funksiyası ilə məhdudlaşmır. Ağıllı texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin inteqrasiyası və elektromobil doldurma infrastrukturunun inkişafı gələcəyin şəhərlərinin əsas dayanıqlı təməlini formalaşdırır.

“Biz paylayıcı şəbəkəni daha etibarlı, daha səmərəli və gələcəyə hazır sistemə çeviririk”, – deyə o vurğulayıb.

A.Məmmədzadə qeyd edib ki, bu transformasiya prosesində Qarabağ və Şərqi Zəngəzur regionları xüsusi əhəmiyyət daşıyır. Həmin ərazilər ağıllı kəndlərin, yaşıl enerji zonalarının, rəqəmsal idarəetmə mərkəzlərinin və müasir enerji infrastrukturunun bir araya gəldiyi yeni nəsil enerji modelinin “canlı laboratoriyası”na çevrilir.

Bildirilib ki, həyata keçirilən layihələr insanların təhlükəsiz, rahat və dayanıqlı yaşayış şəraitinə qayıdışını dəstəkləməyə xidmət edir.

“Bizim əsas missiyamız hər evə, hər küçəyə və hər dam altına etibarlı enerji çatdırmaqdır”, – deyə müşavir əlavə edib.

A.Məmmədzadə vurğulayıb ki, dayanıqlı urbanizasiya məhz fasiləsiz və ağıllı enerji infrastrukturu üzərində qurulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM