satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin nümayəndəsi: Şəhər əhalisi üzrə artımın yarısı 7 ölkədə cəmləşəcək

BMT-nin nümayəndəsi: Şəhər əhalisi üzrə artımın yarısı 7 ölkədə cəmləşəcək

Qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı 7 ölkənin payına düşəcək. Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025–2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu rəqəm həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxuna uyğun gəlir.

NTV xəbər verir ki, bu məlumatı BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcək urbanizasiya: Şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda keçirilən sessiyada təşkilatın 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən söyləyib.

O vurğulayıb ki, 2015–2025-ci illər arasında dünya üzrə 3000-dən çox şəhərdə əhalinin azalması müşahidə edilib. Bu şəhərlərin üçdə birindən çoxu Çinə, 17 faizi isə Hindistana aiddir. Hesabata görə, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir. Məsələn, Mexiko və Çendu kimi iri şəhərlər belə əhali azalması ilə üzləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM