WUF13-ün əhəmiyyətinə və Azərbaycanda keçirilməsini şərtləndirən amillərə gəldikdə, ilk növbədə, Prezidentin dünən tədbirin açılışında qeyd etdiyi tezislərə mən bir daha da toxunmaq istərdim. Birincisi, Prezident tərəfindən o məqam xüsusilə vurğulandı ki, Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycanda şəhərlərin yaradılması tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Burada qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, həmçinin Naxçıvan şəhəri və Azərbaycanın digər qədim şəhərlərini, o cümlədən də orta əsr Azərbaycan şəhərlərini qeyd etmək olar. Bu zəngin ənənələr və təcrübələr əsasında bu gün Azərbaycanda da müasir şəhərlərimiz inkişaf edir.
NTV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev, həmçinin vurğulayıb: “Azərbaycan şəhərlərin inkişafı prosesində modernləşdirilmə ilə tarixi ənənələri qoruyur. Bu gün paytaxt Bakı bunun ən gözəl nümunəsidir və dünya miqyasında da bu qəbul olunur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycanın, o cümlədən Bakı şəhərinin bir neçə istiqamətdə olan tarixi obyektləri daxil edilmişdir.
