satellite   Azerspace-1: 11135 H 30000

ESCAP: Asiya-Sakit Okean regionunda şəhər dayanıqlılığı üçün sistem islahatları vacibdir

ESCAP: Asiya-Sakit Okean regionunda şəhər dayanıqlılığı üçün sistem islahatları vacibdir

WUF13 çərçivəsində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya regionları ilə bağlı konfransda müzakirə aparılıb.

NTV xəbər verir ki, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) rəsmisi Asiya-Sakit Okean regionunda şəhərlərin iqlim dəyişiklikləri, qeyri-formal yaşayış, infrastruktur çatışmazlığı və idarəetmə problemləri kimi bir-biri ilə əlaqəli risklərlə üz-üzə olduğunu və bu çağırışların həlli üçün inteqrasiya olunmuş yanaşmalar tələb olunduğunu bildirib.

Bildirilib ki, regionda 700 milyona yaxın insan qeyri-formal yaşayış məntəqələrində yaşayır və bu göstərici dünyadakı qeyri-formal yaşayış şəraitində yaşayan əhalinin təxminən 60 faizini təşkil edir.

Onun sözlərinə görə, bu vəziyyət yalnız mənzil çatışmazlığını yox, həm də idarəetmə və şəhərsalma sahəsində struktur boşluqları əks etdirir.

ESCAP rəsmisi qeyd edib ki, region BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyən edilmiş dayanıqlı şəhərlər və icmalar hədəfi üzrə geridə qalır. Bununla yanaşı, bəzi ölkələrdə fəlakət riskinin azaldılması strategiyalarının hazırlanması və hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində irəliləyişlərin olduğu da diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM