“Həyat Keyfiyyəti” proqramı şəhərsalma və planlaşdırma, turizm, əyləncə, idman və digər sahələr də daxil olmaqla, çoxsaylı sektoru əhatə edir. Görülən tədbirlər nəticəsində əhali arasında fiziki aktivlik 13 faizdən 59 faizə yüksəlib.
NTV xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının "Həyat Keyfiyyəti" Proqram Mərkəzinin beynəlxalq əlaqələr üzrə baş direktoru Abdallah Əl Harbi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Öhdəlikdən Təsirə - Şəhərlərdə Həyat Keyfiyyətinin Vahid Birlikdə Təkmilləşdirilməsi” adlı tədbirdə deyib.
O bildirib ki, proqram 2018-ci ildə başladılıb və bu müddət ərzində bir sıra mühüm nəticələr əldə olunub: “İdman sektorunu nümunə kimi götürsək, proqramın başladığı dövrdə insanların fiziki aktivliklərə qoşulması üçün mövcud açıq məkanların və infrastrukturun sayı təxminən 300 idi. Bu gün isə bu göstərici 3 200-dən çoxdur”.
