satellite   Azerspace-1: 11135 H 30000

Mariyana Kuyundziç: Mina təhlükəsizliyi yaşıl və dayanıqlı inkişaf üçün əsas şərtdir

Mariyana Kuyundziç: Mina təhlükəsizliyi yaşıl və dayanıqlı inkişaf üçün əsas şərtdir

Bizim öhdəliyimiz icmaları və onların dolanışıq vasitələrini canlandırmaq üçün imkanlar yaratmaqdır. İnsanların üzərində gəzməsi üçün təhlükəsiz torpağın olması çox vacibdir.

NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç deyib.

O qeyd edib ki, heç kim öz torpağında gəzməkdən qorxmamalıdır. “Mən Qarabağa səfər edərkən orada müharibənin dağıdıcı nəticələrini gördüm. Ancaq, bununla yanaşı, yeni imkanları və bölgəyə geri qayıdan həyatın da şahidi oldum. Bu asan proses deyil. Düşünürəm ki, mina təhlükəsizliyi yaşıl və dayanıqlı inkişaf üçün əsas şərtdir”, - deyə Mariyana Kuyundziç bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM