satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin nümayəndəsi: Mənzil qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin başlanğıcıdır

BMT-nin nümayəndəsi: Mənzil qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin başlanğıcıdır

Mənzil yalnız yaşayış yeri deyil, qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinin başlanğıcıdır.

NTV xəbər verir ki, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.

O bildirib ki, ünvanın olması insanın bank, məktəb, xəstəxana və digər xidmətlər üçün görünən və əlçatan olmasının başlanğıcıdır.

“Uzun illər ərzində bir çox qadının yaşadığı ev atasının, ərinin və ya digər kişi ailə üzvünün adına olub”, - deyə o vurğulayıb.

Rebeka Qrinspan qeyd edib ki, bir çox ölkələrdə qadınlar hələ də mənzil və torpaq hüquqları ilə bağlı hüquqi məhdudiyyətlərlə üzləşirlər. O əlavə edib ki, mənzil siyasəti hazırlanarkən icmaların və xüsusilə qadınların fikirləri nəzərə alınmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM