Böyük məmnuniyyətlə qeyd edirik ki, 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır. Sonuncu dəfə bu forum Kolumbiyanın Medellin şəhərində keçirilib. Eyni zamanda, WUF14-ün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, 2030-cu ilə qədər keçiriləcək son forum olacaq.
NTV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun növbəti – 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında söyləyib.
Səfir deyib ki, Mexiko şəhəri hökuməti BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə WUF14 üçün idarəetmə modellərinin hazırlanması, strateji istiqamətlərin müəyyənləşdirilməsi və təşkilati işlərin həyata keçirilməsi istiqamətində koordinasiya işlərinə başlayacaq, həmçinin bu prosesdə bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq ediləcək.
