satellite   Azerspace-1: 11135 H 30000

Anar Quliyev: Biz bütün dünyada icmaların dayanıqlı inkişafına töhfələri önəmli hesab edirik

Anar Quliyev: Biz bütün dünyada icmaların dayanıqlı inkişafına töhfələri önəmli hesab edirik

Son günlər təkcə Azərbaycan deyil, bütün şəhərsalma üçün çox önəmli oldu. Biz yerli bütün vasitələrlə daha inklüziv şəhərsalma ilə bağlı işlər görürük. İstəyirik ki, Azərbaycanın siyasətini dünya gündəmi ilə uyğunlaşdıraq.

NTV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında səsləndirib.

O bildirib ki, bütün bu məsələlər son anlaşmanın gəldiyi nöqtəni göstərir. Biz BMT Məskunlaşma Proqramından da dəstək görməyə məmnunuq. Tədbirdə 58 mindən çox şəxs fəal iştirak edib, 400 nəfərdən artıq spiker fərqli ölkələrdən qatılıb. "Biz burada gələcək əməkdaşlığın təməlini atmışıq. Bu, şəhərsalma forumunda bir ilk olub. Biz bütün dünyada icmaların dayanıqlı inkişafa töhfələrini önəmli hesab edirik. Azərbaycanın azad olunmuş ərazilərində geniş, yüksəksəviyyəli bərpa işləri, eyni zamanda, milli potensialın gücləndirilməsi, "ağıllı kənd"lər və buna bənzər layihələr həyata keçiririk", - deyə Anar Quliyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM