Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mayın 22-də bağlanış mərasimi keçirilir.
NTV xəbər verir ki, tədbirə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, forum iştirakçıları qatılıblar.
Xatırladaq ki, mayın 17-də işinə başlayan WUF13 Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.
