UN-Habitat-ın dayanıqlı şəhər inkişafı üzrə eksperti Qonsalo Lukorsia Abraira bildirib ki, kiçik yaşayış məntəqələri meqapolislərin xaotik genişlənməsinin qarşısını almaqda əsas rol oynayır.
NTV xəbər verir ki, ekspert WUF13 çərçivəsində keçirilən “Kiçik şəhərlərin transformasiyası və dayanıqlı inkişafında kənd və şəhər əraziləri arasında əlaqələr” panel iclasındakı çıxışında belə mərkəzlərin səmərəli inkişafının iqtisadi fəallığın bölüşdürülməsi və kənd rayonlarının əhalisi üçün yeni imkanların açılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, dayanıqlı məkan planlaşdırması həm şəhər, həm də kənd icmalarının maraqlarını nəzərə almalıdır. Abraira kiçik şəhərlərdə nəqliyyat əlaqələrinin, sənayenin və xidmətlərin inkişafının daha balanslı regional artıma töhfə verdiyini vurğulayıb. O, həmçinin uğurlu dayanıqlı urbanizasiya təcrübələrini bölüşmək üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.
