satellite   Azerspace-1: 11135 H 30000

Valeria Fedeli: Şəhərsalma, insanların həyat keyfiyyətini təmin edən sosial, ekoloji, infrastruktur resursların məcmusudur

Valeria Fedeli: Şəhərsalma, insanların həyat keyfiyyətini təmin edən sosial, ekoloji, infrastruktur resursların məcmusudur

Bizim yaratdığımız urbanizasiyanın şəhərsalma xüsusiyyətləri ilə əlaqəsi yoxdur. Bu, bizim olduğumuz bütün ölkələr üçün böyük bir çağırışdır. Çoxlu urbanizasiya var, lakin şəhərsalma xüsusiyyətləri çatışmır.

NTV xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsrdə azadlıq üçün Mənzil ərazi Paktı, Metropolitenlərin mənzil hüququ ilə bağlı BMT Qətnaməsinə doğru" adlı sessiyada Milan Politexnik Universitetinin professoru Valeria Fedeli səsləndirib.

"Şəhərsalma xüsusiyyətləri dedikdə, insanların həyat keyfiyyətini təmin edən sosial, ekoloji, infrastruktur obyektləri və resurslar nəzərdə tutulur. Buna görə də, bu Mənzil Ərazi Paktında biz şəhər əraziləri haqqında düşünməli və onlara diqqətlə yanaşmalıyıq",- deyə Valeria Fedeli bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM