satellite   Azerspace-1: 11135 H 30000

İcraçı direktor: Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir

İcraçı direktor: Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik icmaların birgə yaşadığı Azərbaycan bu gün də mədəni müxtəlifliyi cəmiyyətin əsas zənginlik mənbəyi hesab edir.

NTV xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxış edərkən deyib.

Rəvan Həsənov əlavə edib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM