Bakı müzakirələr üçün çox uyğun məkan oldu.
NTV xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed deyib.
“Bu Sessiyanın uğur qazanmasında mühüm rol oynayan sarsılmaz fədakarlıqlarına və peşəkarlıqlarına görə Azərbaycan heyətinə, BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) ən dərin təşəkkürümü bildirmək istəyirəm”, - deyə Amina Muhammed bildirib.
