satellite   Azerspace-1: 11135 H 30000

Milli koordinator: Güclü tərəfdaşlıq sayəsində WUF13 uğurla keçirildi

Milli koordinator: Güclü tərəfdaşlıq sayəsində WUF13 uğurla keçirildi

WUF13-ün uğurlu təşkili prosesində sıx əməkdaşlığa və göstərilən fasiləsiz dəstəyə görə UN-Habitat komandasına xüsusi təşəkkürümü bildirmək istərdim. Bu güclü tərəfdaşlıq sayəsində WUF13 dialoqu və davamlı gələcəyə olan ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi.

NTV xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin fədakar komandasına xüsusi təşəkkürünü bildirən mili koordinator deyib: "Sizin müstəsna fədakarlığınız və yorulmaz səyləriniz sayəsində missiyamızı nailiyyətə çevirdiniz və bu fövqəladə miqyaslı, rəngarəng və əhəmiyyətli Sessiyanın qüsursuz şəkildə həyata keçirilməsini təmin etdiniz".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM