“Bakı standartları”nın tətbiqinə dair niyyət məktubunun imzalanması WUF13-ün mühüm irsi nəticələrindən biridir.
NTV xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, bu sənədin gələcəkdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək ölkələr tərəfindən rəhbər tutulacağı olduqca təqdirəlayiqdir.
