satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb - FOTOLAR

Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font> Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində mayın 22-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

Bu barədə NTV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. O, bu baxımdan Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, mayın 17-22-də Bakıda keçirilən WUF13 şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir.

Qeyd olunub ki, Bakıda keçirilən 13-cü Sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda - 45 mindən çox iştirakçı qeydiyyatdan keçib.

S.Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sessiyanın açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.

Milli Məclisin sədri bildirib ki, 13-cü Sessiya çərçivəsində Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib. Assambleyanın bu təşəbbüsünün bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən dağ ərazilərinin inkişafına diqqəti yönəltməyə, habelə məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verdiyi qeyd olunub. Ölkələrimizin parlamentarilərinin bu müzakirələrdə fəal iştirak etməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Sədr qeyd edib ki, Parlamentlərarası Assambleya təkcə çoxtərəfli deyil, həm də parlamentlərimizin ikitərəfli əməkdaşlığının inkişafına kömək edən platformadır. O, bir neçə gün əvvəl Özbəkistanın Buxara şəhərində təşkil edilmiş İkinci Asiya Qadınlar Forumunda MDB PA-dan olan digər həmkarları ilə birgə iştirakını diqqətə çatdırıb.

O deyib ki, iyun ayında Azərbaycanın Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək. Sədr, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.

Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.

Sahibə Qafarova xatırladıb ki, 2025-ci il dekabrın 8-də Milli Məclis və Beynəlxalq İnstitutun Bakı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunub. Bu konfrans Birlik ölkələrinin parlamentarilərini, MDB PA Şurası Katibliyinin rəhbərliyini, diplomatik korpusun nümayəndələrini, ali təhsil müəssisələrini və ekspertləri bir araya gətirib.

Bir müddət əvvəl isə mayın əvvəlində Bakı filialının inzibati binasında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutunun 20 illiyinə həsr olunmuş “Parlamentarilərin beynəlxalq müşahidədə rolu” mövzusunda dəyirmi masa keçirilib.

Sonda Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin səmərəli platforması rolunu etimadla davam etdirir. Sədr Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM