NTV xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işıqlandırılmasına görə təşəkkür edib.
O, mətbuat üçün ayrılan məkana gələrək jurnalistlərlə görüşüb.
"Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Sizin hamınıza, redaksiyalarınıza təşəkür edirəm", - H.Hacıyev deyib.
