satellite   Azerspace-1: 11135 H 30000

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Avrasiya Patent Təşkilatının icraçı orqanı olan Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olub.

 

Q.İvliyev səfər çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ilə görüşüb.

 

Agentlikdən NTV-yə bildirilib ki, görüş zamanı Avrasiya Patent İdarəsinin prezidenti WUF13 sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, bu tədbirin memarlıq və şəhərsalma sahəsində əqli mülkiyyət hüquqlarının qorunmasına mühüm töhfələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentlik tərəfindən əldə olunan son nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, WUF13 istər ölkəmizə, istərsə də dünya şəhərsalma siyasətinə böyük töhfələr verməklə yanaşı əqli mülkiyyətin, o cümlədən memarlıq nümunələrinə müəlliflik hüququ və patent hüququnun qorunması və mühafizəsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi baxımından ən yaxşı platformalardan biridir.

 

Görüşdə WUF13 çərçivəsində əqli mülkiyyət mövzusunda keçirilən panel iclası barədə söhbət aparılıb, ikitərəfli əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM