satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulması və strateji tərəfdaşlıq müzakirə olunub

Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulması və strateji tərəfdaşlıq müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirib.

NTV xəbər verir ki, ölkə hökumətinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yenidən qurulması və strateji tərəfdaşlığın konkret yol xəritəsi əsasında inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bildirilib ki, Baş nazir Gürcüstan hökumətinin ABŞ ilə ikitərəfli münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında yeniləməyə hazır olduğunu bir daha təsdiqləyib.

Qeyd olunub ki, Vaşinqtonun Gürcüstana marağı müsbət qiymətləndirilir və bu, son dövrdə tərəflər arasında təmasların intensivləşməsi ilə özünü göstərir.

Görüş zamanı Gürcüstanın regionda etibarlı və mühüm tərəfdaş rolu da xüsusi vurğulanıb.

"Baş nazir bildirib ki, Gürcüstan regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərə bundan sonra da töhfə verməyə hazırdır", - deyə hökumətin bəyanatında vurğulanıb.

Görüşdə Gürcüstanın xarici işlər naziri və Baş nazirin müavini Maka Boçorişvili, eləcə də hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM