Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü, o cümlədən Qurban bayramı münasibətilə təbrik edib.
NTV-nin məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.
O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.
