satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri Rusiya Federasiya Şurasının sədrinin birinci müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya Federasiya Şurasının sədrinin birinci müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Rusiya parlament nümayəndə heyətinin 17-18 iyun tarixlərində Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında iştirak etmək üçün Bakıya səfərinin nəticələri və ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub.

Çoxtərəfli parlament platformalarında qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Səfirlik ilə Rusiya Federasiya Şurasının müvafiq komitələri arasında konstruktiv və faydalı əlaqələrin davam etdirilməsinə sadiqlik təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM