satellite   Azerspace-1: 11135 H 30000

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasında "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai dinləmə keçirilib.

NTV  xəbər verir ki, çıxışlarda 2028-ci ilin sonunadək Azərbaycan dilində böyük dil modellərinin hazırlanmasının, süni intellekt sahəsində idarəetmənin təkmilləşdirilməsinin, məlumatların səmərəli idarə olunmasının və rəqəmsal transformasiyanın sürətləndirilməsinin strateji əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, bu məqsədlərə nail olmaq üçün güclü hüquqi baza, siyasi iradə və ardıcıl qanunvericilik islahatları vacib şərtlərdir.

Deputat Rizvan Nəbiyev deyib ki, BMT-nin uşaq hüquqlarına məsul təşkilatı UNİCEFin məlumatına görə, təxminən hər 10 uşaqdan biri valideynləri ilə yanaşı , süni intellektdən onu narahat edən məsələlərlə bağlı məsləhət almaq üçün istifadə edir. Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi dövlətimizin əsas hədəflərndəndir: “Prezident İlham Əliyevin müəyyən etdiyi bu strateji xətt Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da vurğulandı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu iclasda 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planında ölkənin rəqəmsal transformasiyasının strateji istiqamətləri müəyyənləşdirilib. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan prioritetlər göstərir ki, Azərbaycanın rəqəmsal inkişaf strategiyası artıq yalnız elektron hökumət xidmətlərinin genişləndirilməsi, iqtisadiyyatın, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması ilə məhdudlaşmır. Qarşıya qoyulan hədəflər ölkənin qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirmək, beynəlxalq investorlar üçün rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaq, və Azərbaycanı regionun texnologiya və innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır. Bu məqsədlə Fəaliyyət Planında beynəlxalq təcrübəyə əsaslanan qanunvericiliyin formalaşdırılması da nəzərdə tutulur. Milli Məclis yalnız sonuncu iclasında Rəqəmsal İnkişaf Şurasınıəda müəyyən edilən hədəflərə çatmaq üçün 30 a yaxın qanun və məcəllədə dəyişikliklər etdi, yeni qanun qəbul etdi. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyət başlaması ölkəmizdə bu sahədə dönüş mərhələsi kimi xarakterizə oluna bilər. Bütün bu təşəbbüslər Azərbaycanın rəqəmsal inkişaf strategiyasının beynəlxalq ölçüsünü gücləndirir və ölkənin Cənubi Qafqazın aparıcı texnologiya, innovasiya və rəqəmsal iqtisadiyyat mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət edir”.

Eyni zamanda çıxışlarda uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasının dövlət, məktəb, müəllim, valideyn və rəqəmsal platformaların birgə məsuliyyəti olduğu vurğulanıb. Şagirdlərin rəqəmsal savadlılığının artırılması, şəxsi məlumatların qorunması, məlumatların doğruluğunun yoxlanılması və sosial şəbəkələrdə etik davranış vərdişlərinin formalaşdırılması əsas prioritetlərdən biri kimi göstərilib. Qeyd edilib ki, texnoloji inkişaf yalnız etik prinsiplərə əsaslandığı və insan rifahına xidmət etdiyi halda gələcək nəsillər üçün daha təhlükəsiz, innovativ və dayanıqlı rəqəmsal mühit formalaşdıracaq.

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, milli qanunvericilik təkmilləşdirilib və Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi və texnoloji mexanizmlər gücləndirilir. Eyni zamanda, Rəqəmsal İnkişaf Şurasında bu istiqamətdə görüləcək tədbirlərin müzakirə olunduğu vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM