satellite   Azerspace-1: 11135 H 30000

Təlim və Tədris Mərkəzində buraxılış mərasimləri keçirilib - FOTOLAR

Təlim və Tədris Mərkəzində buraxılış mərasimləri keçirilib<font color=red> - FOTOLAR</font> Təlim və Tədris Mərkəzində buraxılış mərasimləri keçirilib<font color=red> - FOTOLAR</font> Təlim və Tədris Mərkəzində buraxılış mərasimləri keçirilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarının növbəti buraxılış mərasimləri keçirilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimlərdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Sonda məzunlara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM