satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsi Türkiyəyə yardım kampaniyasına dəstək olub

AMEA Naxçıvan Bölməsi Türkiyəyə yardım kampaniyasına dəstək olub

Qardaş Türkiyə Respublikasında fevralın 6-sı və 7-də baş verən şiddətli zəlzələ üçün keçirilən yardım kampaniyasına AMEA-nın Naxçıvan Bölməsinin kollektivi də qoşulub.

Bölmənin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Bölmə sədri, akademik İsmayıl Hacıyev, Bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktorları, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya elmləri doktoru Fərman Xəlilov Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunu ziyarət edib, qardaşlarımızın ürək yanğısına şərik olublar. Elm adamları baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirən insanlara görə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kayaya başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

Kollektiv müxtəlif növ isti geyimlər, yataq dəstləri, ehtiyac duyulan bəzi ləvazimatlar, habelə maddi vəsaitlə zəlzələdən zərərçəkənlərə dəstək göstərib. Bölmədə yardım kampaniyası hazırda da davam etməkdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM