satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb - VİDEO

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM