satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Almaniya Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Almaniya Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri Azərbaycana səfərə dəvət edib

Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib.

Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və nəqliyyat imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətinə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM