satellite   Azerspace-1: 11135 H 30000

Şuşada silah-sursat aşkar edilib

Şuşada silah-sursat aşkar edilib

Şuşada silah-sursat aşkar edilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM