satellite   Azerspace-1: 11135 H 30000

XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

Bu gün Beynəlxalq Mina Maarifləndirilməsi Günüdür. Minatəmizləmə prosesi gözləyə bilməz.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində edilmiş paylaşımda deyilir.
XİN ərazilərə mina yerləşdirənlərin və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib.

“Biz minaların səbəb olduğu insan tələfatına son qoymalıyıq”, - paylaşımda bildirilir.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM