satellite   Azerspace-1: 11135 H 30000

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilir

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ parlamentin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Milli Məclis, həmçinin “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolu da təsdiq edib.

Sazişə dəyişikliklər edilməsinə dair Protokol 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.

Qanun layihəsi səsvermədən sonra qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM