satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin ilk yerli elektromobili Azərbaycana gətirilib

Türkiyənin ilk yerli elektromobili Azərbaycana gətirilib

Türkiyədə istehsal olunan ilk yerli elektromobil - “Togg”un sayca ikinci modeli Azərbaycana gətirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə məmnunluğunu bildirib, Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

İ.Əliyev bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Xatırladaq ki, “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM