satellite   Azerspace-1: 11135 H 30000

Hökumət ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı məbləğini təsdiqləyəcək

Hökumət ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı məbləğini təsdiqləyəcək

Nazirlər Kabineti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı məbləğini təsdiqləyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM