satellite   Azerspace-1: 11135 H 30000

Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb - YENİLƏNİB

Sərhəddə təxribat törədən 3 erməni hərbçi məhv edilib, xüsusi təyinatlı korpusun komandiri ağır yaralanıb<font color='red'> - YENİLƏNİB</font>

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır.

Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM