satellite   Azerspace-1: 11135 H 30000

“Caliber”: “Ermənistan ərazi bütövlüyümüzə qəsd edib və buna görə cavab verəcək”

“Caliber”: “Ermənistan ərazi bütövlüyümüzə qəsd edib və buna görə cavab verəcək”

Ermənistan tərəfi artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb.

Nəşr yazır ki, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır.

“Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir və Ermənistan buna görə çox ciddi cavab verəcək”, - “Caliber”dən bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM