satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri Badamlı qəsəbəsindəndir

Ermənistan təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri Badamlı qəsəbəsindəndir

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutmaqla təxribat törədiblər.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olublar. 

Qeyd edək ki, şəhid olan hərbi qulluqçularımızdan biri - Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM