satellite   Azerspace-1: 11135 H 30000

Müharibədən sonra 142 nəfər mülki təyinatlı obyektlərdə mina partlayışından həlak olub və yaralanıb

Müharibədən sonra 142 nəfər mülki təyinatlı obyektlərdə mina partlayışından həlak olub və yaralanıb

Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM