satellite   Azerspace-1: 11135 H 30000

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb

Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, iclasın yekunlarına görə MDB XİNŞ iştirakçıları gündəliyə daxil olan 11 sənədin hamısının müzakirəsiz imzalanması barədə qərar qəbul ediblər.

Məhdud tərkibdə keçirilən görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyət ilə bağlı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşün iştirakçıları sağlamlıq imkanları məhdud uşaqlar arasında MDB ölkələrinin Spartakiadasının təşkili ilə bağlı məsələni müzakirə ediblər.

Bundan əlavə, görüş zamanı tərəflər MDB ölkələri arasında mədəni-humanitar əməkdaşlıq sahəsində bir sıra qərarları təsdiqləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM