satellite   Azerspace-1: 11135 H 30000

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Şuranın Səmərqənddə keçirilən geniş tərkibli iclasında məlumat verib.

“Məhdud tərkibdə keçirilən görüşdə növbəti iclasın 2023-cü il oktyabrın 12-də Bişkekdə keçirilməsi qərara alınıb”, - Lebedev bildirib.

Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM