satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır

Türkiyə və Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır

Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır və əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

Aprelin 24-də Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanın əsas meydanında yandırıldığını qeyd edən dövlətimizin başçısı bildirib: “Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM