satellite   Azerspace-1: 11135 H 30000

Deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib

Deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib

Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, iclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə əsasən, iclasda parlamentin deputatı Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar məsələyə münasibət bildiriləcək.

Komissiya sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir. Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir.

İclasda çıxış edən komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev, komissiyanın katibi Nurlan Həsənov bildiriblər ki, qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər.

İclasda deputat Vahid Əhmədov çıxış edərək məsələyə öz münasibətini açıqlayıb.

Sonda komissiyanın qərarı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndində göstərilən əsasa görə deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib.

Bununla da iclas başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM