satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: "Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri var"

Azərbaycan Prezidenti: "Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri var"

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb: “Türkiyə böyük Türk dünyasının birləşməsi içində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün Türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Türk dünyasının birləşməsində və Türk dünyası qarşısında Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM