satellite   Azerspace-1: 11135 H 30000

Sərhədçilərimiz Laçındakı buraxılış məntəqəsində yoxlanış həyata keçirir - VİDEO

Azərbaycan sərhədçiləri Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-keçid məntəqəsindən keçən şəxslərin sənədlərini yoxlayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müvafiq görüntülər sosial mediada yayılıb.

Bildirilir ki, avtomobillərin keçidi üçün normal rejim təmin edilib. Təqdim olunan kadrlardan göründüyü kimi, Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM