satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türkiyədəki zəlzələ bölgəsində vacib layihələr həyata keçirmək istəyir

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Türkiyədəki zəlzələ bölgəsində vacib layihələr həyata keçirmək istəyir

Azərbaycan Türkiyədə zəlzələ baş verən bölgədə önəmli layihələr həyata keçirmək istəyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsində bildirib.

Zəlzələ baş verən andan dünya ölkələrinin Türkiyəni tək qoymadığını söyləyən Rəcəb Tayyib Ərdoğan deyib ki, onlar ilk andan bizimlə oldular: “Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

Türkiyə Prezidentinin sözlərinə görə, bütün dünyadakı türk vətəndaşları əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsiblər: “Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM