satellite   Azerspace-1: 11135 H 30000

Sloveniyada Mehdi Hüseynzadənin 105 illiyi qeyd ediləcək

Sloveniyada Mehdi Hüseynzadənin 105 illiyi qeyd ediləcək

Milli Məclisin deputatları - Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev, qrupun üzvləri Elnur Allahverdiyev və Rafael Hüseynov mayın 2-də Sloveniya Respublikasının Nova Qoritsa şəhərinə səfər edəcəklər.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, deputatlar Sloveniya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Bununla yanaşı, hər iki ölkə parlamentinin dostluq qruplarının üzvləri Azərbaycanın Sloveniyadakı səfirliyi tərəfindən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirdə iştirak edəcəklər.

Səfər mayın 5-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM