satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ dövlət katibi arasında görüş olacaq

Bu gün Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ dövlət katibi arasında görüş olacaq

ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.

Bundan əvvəl E.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM