satellite   Azerspace-1: 11135 H 30000

Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub

Cocuq Mərcanlıda çoban minaya düşərək həlak olub

ANAMA Cəbrayıl rayonunda baş verən mina hadisəsi barədə məlumat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 1 may tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid etmiş və tank əleyhinə mina partlayışı nəticəsində həlak olmuşdur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM