satellite   Azerspace-1: 11135 H 30000

Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.

Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM