"Avropa İttifaqı Azərbaycanda minatəmizləmə prosesinə dəstəyini davam etdirəcək".
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
Səfir xatırladıb ki, Aİ minatəmizləmə sahəsində əsas donorlardan biridir.
“Azərbaycanda bu prosesə dəstəyimizi bundan sonra da davam etdirəcəyik”, - o əlavə edib.
