satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Belqradda məktəblərdən birində baş vermiş atışma nəticəsində 9 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə qurumun tviterində paylaşım edilib.

"Serbiyanın Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik", - paylaşımda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM