satellite   Azerspace-1: 11135 H 30000

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib - FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib<font color=red> - FOTOLAR</font> Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.

Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər.

Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.

Kənan Cəlilov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM